Dəvəquşu
deyəndə göz önünə Afrika və Avstraliya
gəlir. Ensiklopedik dərgilərdə işə vaxtilə
Avrasiyada da dəvəquşularının yaşadığı
vurğulanır. Yüzilliklər boyunca ovçular bu quşlari
qırıb-tükədiblər, onlar haqqında anımlar,
sadəcə bölgə xalqlarının folklorunda qalıb.
Ancaq ötən yüzilliyin 80-90-ci illərindən sonra
dəvəquşular yenidən Avrasiya bölgəsinə
qayitmaqdadirlar. Türkiyədə, Rusiyada, Ukraynada, Qərbi
Avropada, Çində və s. ölkələrdə iş
adamlari yeni-yeni dəvəquşu fermaları açmağa
başlayiblar. Azərbaycan da bu ölkələrin sırasındadır
və MDB məkanının ən iri dəvəquşu
təsərrüfatı məhz buradadır.
Avrasiya məkanında dəvəquşularının
yaşaması barədə ən qədim məlumatlar
Çin qaynaqlarında saxlanır. Bu qaynaqlarda İsanın
doğuşundan öncə I-II yüzilliklərdə
Çində dəvəquşularının yaşadığı
bildirilir. Çinin Xan sülaləsindən olar bir imperatorun
qəbrinin üstündə dəvəqüşu şəkli
çəkilib, qədim Çin ensiklopediyasinda da dəvəquşundan
bəhs edilir. Rusiyanin “Flor Animal” elmi araşdirma qurumu bildirir
ki, daha qədimlərdə Ukraynanın cənubunda, Qazaxıstanda
və Mərkəzi Asiyada da dəvəquşular yaşayib.
Bu bölgələrin xalqlarının folklorunda dəvəquşu
ilə bağlı deyimlər saxlanılıb. Təsadüfi
deyil ki, xalqların çoxu bu quşları eyni cür
- dəvəyə bənzədərək adlandırırlar.
Məsələn, latinca”struthio camelus” adının hərfi
tərcüməsi dəvəquşu deməkdir. XX yüzilliyin
20-ci illərinə kimi Avrasiya məkanında dəvəquşular
təbii halda, Suriyada və Ərəbistan çöllüyünün
şimalında yaşayırdılar. XIX yüzilliyin sonlarında
və XX yüzilliyin əvvəllərində Avropadan
gəlmiş ovçular dəvəquşularini kütləvi
şəkildə qırmağa başlayıblar. Avropalılar
dəvəquşularını sadəcə lələklərinə
görə öldürürmüşlər. Həmin
dövrlərin rus mətbuatının yazdığına
görə, 1875-ci ildə təkcə indiki Birləşmiş
Ərəb Əmirliklərinin ərazisindən 2 milyon
325 min rublluq dəvəquşu lələyi aparıblar.
Həmin dövrdə 1 rus rublu 1 gram qızıla bərabər
götürülüb. Bu, təxminən 2,3 ton qızıla
bərabər bir məbləğ idi və həmin pulla
Avropada 500 min ədəd qoyun almaq olardı.
İki ilə yaxındır ki,
Azərbaycanda da dəvəquşu təsərrüfatı
yaradılıb. Xırdalanda yerləşən “Straus”
MMC-nin təsisçisi Əli Bayramovun dediyinə görə,
onun bu işə başlamasının kökündə
əsasən maraq durur: “Bu quşla əvvəldən maraqlanırdım,
televiziya verilişlərinə çox baxırdım. Sonra
bunun təsərrüfatlarda saxlandığını
gördüm, ətinin, dərisinin, tüklərinin keyfiyyətli
olduğunu öyrəndim. Marağım o qədər
artdı ki, onlar barədə məlumat əldə etmək
üçun Türkiyəyə getdim. Toqatda, Lülə-Burqazda
dəvəquşu təsərrüfatları var, onların
hamısını gəzdim. Daha sonra Rusiya və Çindəki
təsərrüfatlara baxdım, bunun saxlanma texnologiyasını
öyrəndim. Ukrayna və Belarusda, hətta Qazaxıstanda
da dəvəquşu təsərrüfatlarını görəndən
sonra Azərbaycanda belə bir təsərrüfat açmağı
qərara aldım”. Əli Bayramov 2004-cü ilin aprel ayinda
dəvəquşu təsərrüfatını yaratmağa
başlayıb. Bunun üçün Cənubi Afrika Respublikasından
200-ə yaxın dəvəquşu gətirilib, 60-ı
damazlıq-yumurtlayan, qalanları erkək və gənc
dəvəquşuları olub. Hazırda təsərrüfatda
1000-ə yaxın dəvəquşu var. Qeyd edək ki,
Xırdalandakı təsərrüfat keçmiş SSRİ
məkanında ən böyükdür. Çünki dəvəquşularının
artımı təsərrüfatın özündə
həyata keçirilir. Ancaq Rusiyada bəzi böyük təsərrüfatlar
Cənubi Afrikadan mütəmadi olaraq 2000-ə yaxın
cücə gətirirlər, 4-5 ay ərzində onlari böyüdürlər,
daha sonra kəsimə başlayırlar. Bu, əsil dəvəquşu
təsərrüfatı sayılmır. Damazlıq saxlanan,
yumurta əldə edilən və ondan cücə çıxaran,
cücə böyüdülən və damazliq sürü
yetişdirilən kompleks müəssisələr-əsil
təsərrüfat sayılır.
|